Xətai rayonunda razılaşma olmadan obyekt niyə sökülüb? -Video
Xətai rayonunda növbəti qanunsuzluq.
XALQ xəbər verir ki, Xətai rayonu, Süleyman Vəzirov küç. 33 ünvanında Bakı sakini R.Hüseynova məxsus 600 kv.m ərazisi olan özəl obyekt günün-günorta çağı vəhşicəsinə dağıdılıb və qarət olunub.
Viran qoyulan obyekt özəl mülkdür, Dövlət orqanları tərəfindən verilən rəsmi sənədləri var. Amma Xətai rayon İcra hakimiyyətininin nümayəndələrini bu maraqlandırmayıb. R. Hüseynovun əmlakını darmadağın ediblər, yerində isə inşaat şirkəti tərəfindən göydələn tikiləcək.Hüseynova isə mülkün kvadratına görə 500 manat pul təklif edilib.