Xətai rayonunda yaşıllaşdırma tədbiri keçirilib
25 aprel 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində yaşıllaşdırma tədbiri keçirilib.
Tədbirdə rayonun H.Əliyev parkı və P.Həşimov küçəsində yerləşən “Şəhidlərin Xatirə parkı”nda təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı müxtəlif növ ağac və gül kolları əkilib, 600 kv metr ərazidə qazon örtüyü salınıb.

















