media-texx

Paytaxtda qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı şəhər Xətai rayonu icra hakimiyyəti  eyni zamanda,kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.

Xətai rayonu  İcra Hakimiyyətindən  XALQ-a bildirilib ki, bu gündən etibarən intensiv yağan qarın təmizlənməsi istiqamətində operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilir. Qardan təmizləmə işləri, həmçinin ətraf ərazilərdə də aparılır.

Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirirlər.

Həmin görüntüləri təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər