media-90

Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən “Qar-Daş Company” MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb.

 XALQ  xəbər verir ki, baxış zamanı bazarda qida məhsullarının saxlanılması və satışına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, bəzi quş əti və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub.

Bununla yanaşı, ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb.

Aşkarlanmış faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb.

 

media-91 media-92 media-93 media-94 media-95 media-96

media-728x90banner

Bənzər xəbərlər