Xırdalanda 4 gündür su kəsilib – sakinlər çətin vəziyyətdədir
Xırdalanda 4 gündür su kəsilib – sakinlər çətin vəziyyətdədir
Bakues.az xəbər verir ki, Xırdalan şəhərində sakinlər artıq dörd gündür susuz qaldıqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə, uzunmüddətli su kəsintisi gündəlik həyatda ciddi problemlər yaradıb. Xüsusilə sanitariya və gigiyena qaydalarına əməl etmək çətinləşib, mənzillərdə natəmizlik və xoşagəlməz qoxu yaranıb.
Qeyd olunur ki, mövcud vəziyyət artıq insanların sağlamlığı üçün risk təşkil edir.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə həll olunmasını və su təchizatının bərpa edilməsini tələb edirlər.










