media-abseron

Abşeron rayonunun Xırdalan şəhərində qanunsuz tikinti və mövcud binalara icazəsiz artırmaların aparılması ilə bağlı narazılıqlar davam edir.

Şəhərin müxtəlif ərazilərində tikinti norma və qaydalarına əməl edilmədən əlavə mərtəbələrin inşası və qanunsuz artırmalar həyata keçirilir.

Yaşayış evləri və obyektlər üzərində müvafiq icazə sənədləri olmadan tikinti işləri aparılır.

Bu isə həm şəhərsalma qaydalarının pozulmasına, həm də təhlükəsizlik risklərinin yaranmasına səbəb olur.

XALQ xəbər verir ki,qanunsuz tikintilərin uzun müddət davam etməsi aidiyyəti dövlət qurumlarının nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir.

Abşeron Rayon İcra Hakimiyyəti və digər məsul qurumlar bu proseslərə niyə müdaxilə etmir?  Xüsusilə qeyd olunur ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rəhbərlik etdiyi rayonda baş verən bu cür tikinti pozuntularına münasibət bildirməyib.

media-abdi

Məsələ ilə bağlı həmçinin tikintiyə nəzarəti həyata keçirən müvafiq şəhərsalma və memarlıq qurumlarının da fəaliyyəti suallar doğurur.

Qanunsuz tikintilər vaxtında aşkarlanmalı və qarşısı alınmalıdır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, tikinti işlərinin aparılması üçün müvafiq icazələrin alınması və şəhərsalma normalarına əməl olunması məcburidir. Qanunsuz tikinti və artırmalar aşkar edildikdə isə qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Lakin göründüyü kimi Abşeron rayonunda bu məsələyə nədənsə göz yumulur.

Araşdırmamız davam edir.

Həmin görüntüləri təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər