Xırdalanda parkda bu tikintiyə hansı məmur icazə verib?
Xırdalan şəhəri Heydər Əliyev adına parkda qanunsuz tikinti işləri aparılır?
Daha doğrusu bu iddia ilə bağlı XALQ-a Xırdalan sakinləri çıxış ediblər.
Məlumata görə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda konstruksiylarla quraşdırma işləri aparılır. Məlumatda qeyd olunur ki, parkda yaşıllq ərazidə ağaclara bitişik kafe tikilir.
Bu tikinti işlərinə təxminən 2 gündən artıqdır ki, başlanıb. Sakinlər bildirirlər ki, parkın ərazisində yeterli qədər kafe var və yenisinə ehtiyac yoxdur. Bu həm sakinlərə, həm də uşaqların oyun oynaması üçün məhdudlaşdırılma deməkdir.
Qeyd edək ki, vətəndaşlar parkının ərazisindəki belə müvəqqəti obyektlər səbəbindən oradan keçməyin mümkün olmadığından şikayətlənirlər.
Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Qurumalrında fikirlərini dərc etməyə hazırıq
Həmin görüntüləri oxucularımıza təqdim edirik.










