media-102

 

Yenə bir məktəb, yenə müxtəlif səbəblərdən pul yığan dırnaqarası təşkilatçılar…

media-100

Bu səs yazısını “Xəzər Xəbər”in vatsap qaynar xəttinə göndərən şikayətçi iddia edir ki, sözügedən məktəbdə müəllimlər üçün ayrı, gül almaq üçün ayrı, hələ fond pulu adı altında 5 manat da əlavə pul yığılır.

İddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün üz tutduq məktəbin yerləşdiyi ünvana. Bəzi şagird və valideynlər pul yığılmasını təsdiqlədilər.

Bəzi valideynlər müəllimlərdən xəbərsiz, könüllü pul yığdıqlarını, bəziləri isə ümumiyyətlə pul yığmaqdan söhbətin belə getmədiyini dedilər.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirldi ki, Xırdalanda yerləşən 5 saylı tam orta məktəbdə valideynlərdən pul yığılması ilə bağlı iddialar araşdırılır. Proses bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər