“Xızı” restoranında müştərilərdən “card to card” hesab alınır?
Xırdalan şəhərində ABB -nin arxasında yerləşən “Xızı” restoranında müştərilərdən alınan hesab kartdan, karta köçürülməsi tələbi həyata keçirilir.
Paytaxt.org bildirir ki, bu barədə adıçəkilən restoranda müştəri qismində monitorinqdə olan Niyaməddin bəy saytı məlumatlandırıb.
O bildirib ki, “bir neçə vaxtdır ki, Abşeron rayonunda kafe və restoranlarda vergidən yayınma hallarının olması ilə bağlı işlədiyi media agentliyinə çoxsaylı şikayətlər daxil olub. Bizdə bu vergidən yayınan obyektlərdə monitorinqlər keçirməyi qərara vermişik. Bu səbəbdən də Abşeron rayonunda kafe və restoranda eləcə də digər satış yerlərində monitorinqlər aparılıb. Və, müştəri qismində həmin məkanlarda iştirakçı olmuşuq və sonda isə məkan sahibinin təkidi ilə hesabı katdan karta köçürmə əməliyyatı həyata keçirilib…”
Qeyd edək ki, prezidentin müvafiq sərəncamından irəli gələn qanuna əsasən, kartdan, karta aparılan əməliyyatlar qanunsuz olduğu üçün yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır.
İnanırıq ki, İqtisadi İnkişaf Nazirliyi yanında 2 saylı Ərazi Vergi xidməti “Xızı” restoranında baş verən bu qanunzuzluğa laqeyid qalmayacaq və dərhal “Xızı” restoranı ilə bağlı qanuni ölçü götürəcək.
Bildirək ki Niyaməddin bəyin araşdırması nəticəsində oda məlum oldu ki, “Xızı” restoranında çalışanların bir çoxu əmək müqaviləsi olmadan çalışır və məkan açıq şəkildə vergidən yayınır eləcə müştərilərdən alınan hesabları kartdan, karta köçürmələr edərək qanunu açıq şəkildə pozmaqdadırlar.
Qeyd edək ki, “Xızı” restoranını işlədən şəxs baş verən qanunsuzluqla və törətdiyi əmələ belə haqq qazanfırıb “burda hər kəs kimi biz də bu cür işləyirik, her kvartal da aylıq olaraq pulumuzu veririk” deyib.
Mövzu diqqətimizdədir.