Xızıda evdə yanğın olub
Xızıda yanğın hadisəsi qeydə alınıb.
Xalq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xızı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin 1 otağının tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.