Xocavənddə mina partladı – ANAMA əməkdaşı xəsarət aldı
İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.
XALQ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, Agentliyin ekskavator operatoru vəzifəsində çalışan əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.