media-26
Təqdimatda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafi şöbəsinin müdiri Şahnaz Bədəlova, Baş planı hazırlayan”İntegris” MMC əməkdaşları, yerli memarlar və ziyalılar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək, Xaçmaz rayonunda 2 şəhər, 12 qəsəbə və 137 kənd olduğunu və Xudat şəhərinə 1950-ci ildə rayon tabeli şəhər statusunun verildiyini bildirib. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu şəhərin baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir. Xudat şəhəri ərazisinin müasir istifadə planının, şəhərətrafı ərazinin hazırlanması, ərazinin kompleks qiymətləndirilməsi, nəqliyyat, su təhcizatı və kanalizasiya, yağış kanalizasiya, qaz təhcizatı, istilik təhcizatı, elektrik təhcizatı sxemlərinin kompleks hazırlanması zərurətinin yarandığını və Xudat şəhərində görüləcək hər bir işin Baş plana uyğun aparılacağını qeyd edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafi şöbəsinin müdiri Şahnaz Bədəlova qeyd edib ki, Xudat şəhərinin baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına “İntegris” MMC tərəfindən işlənilib. Tərtib olunan baş planın yekun layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.
Təqdimatda çıxış edən digər iştirakçılarda Xudat şəhərinin Baş planı haqqında öz fikirlərini səsləndirib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
media-22 media-23 media-24 media-25 media-26

media-728x90banner

Bənzər xəbərlər