Bu həftə hakim Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərini açıqlayacaq. XALQ.AZ -ın məlumatına görə, hər an siyahının yayılması istisna deyil. Bildirilir ki, əksər siyasi partiyalar məhz iqtidar partiyasına görə namizəd olacağı dairələri açıqlamırlar. YAP siyahını açıqladıqdan sonra kimin hansı dairədə şansının olması müəyyən edilə bilər. Eyni zamanda, hakim partiyanın dəstəklədiyi müstəqil namizədlər də olacaq. Məlumatda qeyd olunur ki, YAP İdarə Heyəti toplantısı gözlənilir.  1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində yeni namizədlərin olması bildirilir. Altincı çağırış Milli Məclisin deputatlarından kimlər siyahıda olmayacağı barədə məlumat isə yaxın vaxtda dərc olunacaq.

Ətraflı məlumat vəriləcək.


media-728x90banner

Bənzər xəbərlər