Yaralanan müəllimin valideynləri danışdı: Əməliyyat olunub-Video
Xəbər verildiyi kimi, ötən gün Binəqədi rayonundakı “İdrak” liseyində silahlı insident nəticəsində yaralanan müəllim Şəhla Kamilova əməliyyat olunub.
Onun vəziyyəti ilə bağlı son məlumatları AzTV-nin əməkdaşı xəstəxanadan birbaşa bağlantı edərək çatdırıb.
XALQ sözügedən süjeti təqdim edir:
“İdrak” liseyində silahlı insident nəticəsində yaralanan müəllim Şəhla Kamilovanın atası danışıb.
Bədənində, boynunda 16 qırma var idi. İndi yaxşıdır. Palataya köçürüləcək. Demək istəyirəm ki, bildi, bilmədi, sosial şəbəkədə nə gəldi yazırlar. Prokurorluq rəsmi açıqlama verər”.










