media-23

Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.

XALQ xəbər verir ki, tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

Tədbirdə 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarxa baxış keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli tarixi xatırladır.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan xalqı 18 Oktyabr tarixini azadlıq və dövlət müstəqilliyinin rəmzi kimi qeyd edir. Bu tarix eyni zamanda xalqın dövlətçilik iradəsinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində müstəqillik ideyası sabitlik və inkişafla müşayiət olundu. Ulu Öndər milli birliyi bərpa edərək dövlətin dayaqlarını möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyəyə yüksəldi.

Prezident İlham Əliyevin 22 il ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional lider dövlətə çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə müstəqilliyin qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri isə bu Qələbəni yeni səviyyəyə yüksəltdi. Bu addımla Azərbaycanın suverenliyi tam bərpa edildi. Artıq ölkəmiz “Suverenlik Günü”nü dövlət müstəqilliyinin davamı kimi qeyd edir. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Ulu Öndərin qoyduğu təməllər üzərində möhkəmlənib. Xalqımız bu dəyərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə qoruyur və gələcəyə inamla addımlayır.

“H.Cavid pr.25” ünvanı üzrə YAP ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev isə çıxışında vurğulayıb ki, 18 Oktyabr Azərbaycan tarixində azadlıq və milli iradənin bərpa olunduğu şərəfli gündür.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək 1991-ci ildə xalqımızın azadlıq arzusunun reallığa çevirildiyini bildirib. Amma etiraf edilməlidir ki, Ulu Öndər olmasa idi, biz 1993-cü ilə bu müstəqilliyi itirə bilərdik. O zaman dövlətimizi məhv olmaqdan məhz Ulu Öndərin siyasi iradəsi xilas etdi. Heydər Əliyevin uzaqgörən siyasəti və möhkəm təməli üzərində qurulan dövlətimiz bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ölkələrindən birinə çevrilib.

Müstəqilliyimizin bərpasının real mənası və qüdrəti isə 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək torpaqlarımızı 30 illik işğaldan azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, dövlət müstəqilliyimizin ən parlaq qələbəsi, xalqımızın qəhrəmanlıq salnaməsidir.Bu zəfər müstəqil dövlətimizin, güclü ordumuzun və xalq-iqtidar birliyinin nəticəsidir.

Elşad Həsənov İlham Əliyevin 2003-cü ilin 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən 22 il ötdüyünü xatırladıb. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində seçicilər İlham Əliyevin lehinə səs verərək, onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Bu gün biz bu müstəqilliyi qorumaq, daha da möhkəmləndirmək, onu iqtisadi, mədəni və elmi sahələrdə inkişaf etdirmək məsuliyyətini daşıyırıq. Hər birimiz öz fəaliyyətimizlə ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməliyik.

 







media-728x90banner

Bənzər xəbərlər