Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər dərin ehtiramla yad edilib
Əvvəlcə Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.














