media-405
Qanlı yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar paytaxtın Yasamal rayonunda yerləşən 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri Ülvi Quliyev, Göydəniz Qəhramanov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP fəalları, ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.Anım mərasiminin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüşdü və onlara dərin hüznlə başsağlığı verdi.
Daha sonra Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
media-400 media-401 media-402 media-403 media-404 media-405 media-406 media-407 media-408 media-409 media-410 media-411

media-728x90banner

Bənzər xəbərlər