Yasamal rayon ictimaiyyəti 20 yanvar şəhidlərini yad edir
Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Unutmadıq, unutmarıq!” adlı tədbir keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov ,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları Anar İsgəndərov, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən və 20 yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Çıxış edən Milli Məclisinin deputatı Anar İsgəndərov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 35 il ötür. 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Tədbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə nümayiş olunub. Sonda xatirə fotoları çəkdirilib.
20 yanvar faciəsinin 35-cü ildönümü ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daha sonra Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
******
Yasamalda 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə yad edildi
Yasamal rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə davam edir. Bununla bağlı paytaxtın 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önündə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə anım mərasimi keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyəti, səhiyyə nümayəndələri, gənclər, ziyalılar və 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri 20 Yanvar Abidə Kompleksinə gələrək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün uğrunda mübarizədə canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsini yad etmək məqsədilə əklilqoyma mərasiminə toplaşdılar. Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, 20 Yanvar dairəsi ərazisində və 20 Yanvar metrostansiyasında hərəkət edən nəqliyyat vasitələri, o cümlədən sərnişinlər bir dəqiqəlik sükutla şəhidlərin əziz Ruhuna təzim etdilər. Dövlət Himni səsləndirildi. Sonra rayon rəhbərliyi və ictimaiyyəti Abidə Kompleksinin önünə əklillər və gül dəstələri düzdülər.
Əklilqoyma mərasimindən sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələri ilə görüşdü, onların problemlərini dinlədi, onlara başsağlığı verdi. Öz növbəsində şəhid ailələri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Mərasimdən sonra Yasamal Bələdiyyəsində 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ərzaq yardımı ilə təmin olundular.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, RİH aparatının kollektivi, Yasamal Rayon Məhkəməsinin sədri Şəhidlər xiyabanını ziyarət edərək Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoydular.