media-24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində əldə etdiyimiz Zəfərin beşinci ildönümü münasibətilə Yasamal rayon ictimaiyyəti ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etdik.
Ziyarətdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin Yasamal rayonundan olan deputatları, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, eləcə də hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti və bələdiyyə əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhidlərimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ziyarət zamanı şəhidlərimizin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub və ehsan süfrəsi təşkil olunub.
media-11 media-12 media-13 media-14 media-15 media-16 media-17 media-18 media-19 media-20 media-21 media-22

media-728x90banner

Bənzər xəbərlər