media-48
Yasamal rayonunda Şəhərsalma və Memarlıq ili çərçivəsində konfrans baş tutub
15 may 2026-cı il tarixində YAP Yasamal rayon təşkilatında Şəhərsalma və Memarlıq ili çərçivəsində “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov və bir sıra dövlət qurumlarının rəhbər şəxsləri, AMEA-nın alimləri, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfrans çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti və şəhərsalma ənənələrinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Açılış nitqi ilə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin əhəmiyyətindən danışaraq, şəhərsalma və təhlükəsizlik məsələlərinin müasir dövrdə xüsusi aktuallıq daşıdığını vurğulamışdır.
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov ölkədə fövqəladə hallara hazırlıq, risklərin azaldılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat vermişdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə öz çıxışında elmi yanaşmaların şəhərsalma siyasətində rolundan bəhs etmiş, seysmik risklərin düzgün qiymətləndirilməsinin insan təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
AMEA nəzdində RSXM-in baş direktoru, professor Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda geniş məruzə ilə çıxış edərək müasir elmi metodlar, innovativ texnologiyalar və seysmik monitorinq sistemləri barədə ətraflı məlumat vermişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə şəkli çəkdirilməsi ilə başa çatmışdır.
media-44 media-45 media-46 media-47 media-48 media-49 media-50 media-51 media-52 media-53 media-500

media-728x90banner

Bənzər xəbərlər