Yasamalda ağacəkmə aksiyası keçirilib
Yasamal rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2025-cü ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya baş tutub. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH-in aparat əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və bələdiyyə üzvləri, MKTB rəisi Vüsal Hüseynov və işçi heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə minlərlə ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.