Yasamalda sakinlərlə görüş keçirildi
Yasamalda 2026-ci ilin ilk səyyar qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq 13 nömrəli tam orta məktəbin akt zalında Yasamal rayonunda sakinlər üçün 2026-ci ilin ilk səyyar qəbulu keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşündə Yasamal RİH-in vəzifəli şəxsləri, Yasamal Bələdiyyəsinin, MKTB və kommunal xidmətlərin rəhbərləri də iştirak etdilər. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ilk öncə sakinləri salamlayaraq Yeni il münasibətilə təbrik etdi, təklif və müraciətləri bərədə soruşdu.
Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra qurumuş ağacların budanması, küçələrin işıqlandırılması, mənzillə təminat, maddi köməklik və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair müvqfiq qurumların rəhbərlərinə konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.























