media-yasil-bazarda

XALQ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib. Yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.

kuru1.jpg

Yoxlamalar zamanı “Keşlə Bazarı”, “Özbək Bazarı”, “Sahil Bazarı” və “Yaşıl Bazar”da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin “Keşlə Bazarı”nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, “Özbək Bazarı”nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

Bundan əlavə, 2 ticarət obyektində də (“Balique 2023 LTD” MMC və “Natural Fish”) pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda (“Natural Fish”) bakteriya (Listeria monocytogenes) aşkar edilib.

kuru2.jpg

Yoxlamalar zamanı 1 idxalçının anbarında (“Food Fish” MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.

kuru5.jpg

Qeyd edək ki, Agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədır. Lakin, təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır.

Monitorinq keçirilən ictimai iaşə obyektləri və şadlıq evlərinin siyahısı aşağıdakı kimidir:

Subyektin adı Obyektin faktiki fəaliyyət ünvanı Fəaliyyət sahəsi Obyektin adı İstifadə edilən kürünün növü Təbii/Süni
1 “EL-E” MMC Bakı şəhəri, Nizami rayonu, 2559-cu məhəllə, M.Gəncəvi küçəsi 17 şadlıq evi “Platin” şadlıq evi kürü verilmir  
2 “Turan-Tay” kiçik müəssisəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 181 şadlıq evi “Ağ Çiçəyim” şadlıq evi qırmızı kürü süni
3 “Sədərək” firması Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi şadlıq evi “Sapfir” şadlıq evi qırmızı kürü, qara kürü təbii
4 Hüseynov Elçin Əlipənah oğlu Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 18A şadlıq evi “Niel” şadlıq sarayı qırmızı kürü, qara kürü təbii
5 Qubadov Elçin Arif oğlu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113T, məhəllə 2935V şadlıq evi “Kremlin” şadlıq evi qırmızı kürü təbii
6 Aslanlı Raul Samir oğlu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113T, məhəllə 2935V şadlıq evi “Piano” şadlıq evi qırmızı kürü, qara kürü süni
7 “Su Sonası” MMC Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 60 şadlıq evi “Su Sonası” şadlıq evi qırmızı kürü, qara kürü təbii
8 Fətiyev Ələkbər Tağı oğlu Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 şadlıq evi “Sofiya” şadlıq evi qırmızı kürü, qara kürü süni
9 İsmayılova Səbinə Zahid qızı Bakı şəhəri, Sabunçu rayonu, Ş.Kamilov küçəsi 3E şadlıq evi “Səbinə” şadlıq evi qırmızı kürü, qara kürü süni
10 “TURAL-7” firması Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315, məhəllə 64P şadlıq evi “Great Events Hall”
şadlıq sarayı
kürü verilmir  
11 “ELLADA-S” MMC Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsi 10T şadlıq evi “Ellada” şadlıq evi kürü verilmir  
12 Həsənxanov Nurlan Hacı oğlu Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi şadlıq evi “Nur saray” şadlıq evi kürü verilmir  
13 Süleymanov Yaşar Paşa oğlu Bakı şəhəri, Xəzər rayonu, Ə.Vahid küçəsi 28B şadlıq evi “Lüks Plaza” şadlıq evi qırmızı kürü, qara kürü süni
14 Kazımov Rəşad Sanel oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 21 şadlıq evi “Nəqqaş” şadlıq evi kürü verilmir  
15 Əhmədov Şükür Batum oğlu Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 141 şadlıq evi “Diva Plaza” şadlıq sarayı qırmızı kürü süni
16 Allahyarov Natiq Nurəli oğlu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 7-ci mkr şadlıq evi “Sinfoniya Hall” şadlıq evi qırmızı kürü təbii
17 Hüseynov Bəybala Qaraş oğlu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, döngə 20 şadlıq evi “Everest” şadlıq evi qırmızı kürü, qara kürü süni
18 Dursunəliyev Səfa Dursunəli oğlu Bakı şəhəri, Xəzər rayonu, M.Sübhi küçəsi 2 şadlıq evi “Xəzər” şadlıq evi kürü verilmir  
19 Hətəmov İlqar Bəhram oğlu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 1 şadlıq evi “Sarı Gəlin” şadlıq sarayı qırmızı kürü, qara kürü süni
20 Rəhimov Vahid Musa oğlu Bakı şəhəri, Nizami rayonu, məhəllə 2505, B.Çobanzadə küçəsi 8 şadlıq evi “Xarı Bülbül” şadlıq evi qırmızı kürü, qara kürü süni
21 Əliyev Səxavət Məşi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 56F şadlıq evi “Sahil” şadlıq sarayı kürü verilmir  
22 “Elux” MMC Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi, 2403-cü məhəllə şadlıq evi “Elux” şadlıq evi qırmızı kürü, qara kürü təbii
23 Abbasova Fidan Fəxrəddin qızı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 13C şadlıq evi “Delux Events Hall” şadlıq sarayı qırmızı kürü süni
24 Əsgərov Talıb Razadə oğlu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi şadlıq evi “Ayxan” şadlıq evi qırmızı kürü süni
25 Əliyev Rəman İlqar oğlu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2405-ci məhəllə şadlıq evi “Romance Palace” şadlıq evi qırmızı kürü təbii
26 Qəhrəmanova Natafat Nağı qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 36 şadlıq evi “Mələk” şadlıq evi qırmızı kürü, qara kürü süni
27 İsmayılov İlkin Hamlet oğlu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31D şadlıq evi “Luxury Hall” şadlıq evi qırmızı kürü süni
28 Qəribov Qüdrət Elsevər oğlu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A şadlıq evi “Mala Praga” şadlıq evi kürü verilmir  
29 İskəndərov Yaşar Aydın oğlu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, məhəllə 3067 şadlıq evi “Yeni Həyat” şadlıq evi kürü verilmir  
30 “Böyük Saray” MMC Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 17G şadlıq evi “Böyük Saray” şadlıq sarayı kürü verilmir  
31 “Prant-Nt” MMC Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 30K şadlıq evi “Ağ Saray” şadlıq evi kürü verilmir  
32 “Xudafərin – 54” firması Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli küçəsi, ev 25 şadlıq evi “Xudafərin” şadlıq sarayı kürü verilmir  
33 Əliyeva Fəridə Ələsgər qızı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi şadlıq evi “Xan Sarayı” şadlıq evi qırmızı kürü, qara kürü süni
34 “Rezerv” Kooperativi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ yolu şadlıq evi “Star Palace” şadlıq evi kürü verilmir  
35 Xəlilov Soltan Xeyrulla oğlu Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 51 şadlıq evi “Nərminə” şadlıq evi kürü verilmir  
36 “Sea Breeze Catering” MMC Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu şadlıq evi “Event Hall” şadlıq sarayı qırmızı kürü, qara kürü təbii
37 “Ay İşığı-R” MMC Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2405-ci məhəllə şadlıq evi “Ay İşığı” şadlıq evi qırmızı kürü təbii
38 Qasımov Aslan Qasım oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi 9F şadlıq evi “Dəniz Palace” şadlıq evi kürü verilmir  
39 Sərdarov Adilxan Nəbi oğlu Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 2347-ci məhəllə şadlıq evi “İmperator” şadlıq sarayı qırmızı kürü, qara kürü süni
40 Səmədov Rəfail Bahyəddin oğlu Bakı şəhəri
Nizami rayonu, M.Əliyev küçəsi 17
şadlıq evi “Meridian Palazzo” şadlıq evi qırmızı kürü təbii
41 Kazımov Cəsur Nurəddin oğlu Bakı şəhəri
Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 137
şadlıq evi “Niaqara” şadlıq evi kürü verilmir  
42 Əsədov Təşkilat Rəhim oğlu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 8B şadlıq evi “Cratos Hall” şadlıq evi qara kürü təbii
43 İbadullayev Xəyal Fəxrəddin oğlu Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2403/04 məhəllə şadlıq evi “Xəmsə” şadlıq evi kürü verilmir  
44 Əhmədov Əhmədağa Hümbət oğlu Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev küçəsi 42C şadlıq evi “Kristal Palace” şadlıq evi kürü verilmir  
45 “Xəzər-XXI Əsr” MMC Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2075-ci məhəllə şadlıq evi “Vavilon Hall” şadlıq sarayı kürü verilmir  
46 Bayramov Vüqar Əli oğlu Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 9, 2404-cü məhəllə şadlıq evi “Neolit” şadlıq evi qırmızı kürü təbii
47 Əzizova Arzu Zülfüqar qızı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 şadlıq evi “Təbrik” şadlıq evi kürü verilmir  
48 Əliyev Azər Rəcəbəli oğlu Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 15 şadlıq evi “Mübarək” şadlıq evi kürü verilmir  
49 Binanda Nərminə Yadulla qızı Bakı şəhəri, Nizami rayonu, 2403-cü məhəllə, M.Əliyev küçəsi 23B şadlıq evi “Su Səsi” şadlıq evi kürü verilmir  
50 Mirzəyev Eltun Ceyhun oğlu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 338A şadlıq evi “Qızıl Saray” şadlıq evi kürü verilmir  
51 Mustafayev İlkin Fəxrəddin oğlu Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 şadlıq evi “Altun Saray” şadlıq evi kürü verilmir  
52 Məmmədov Əliağa Fərhad oğlu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 332 şadlıq evi “Grand Opera” şadlıq evi kürü verilmir  
53 Ələkbərov Hüseyn Qafar oğlu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 332 şadlıq evi “Golden Ring” şadlıq evi kürü verilmir  
54 Şirinov Orxan Zamməddin oğlu Bakı şəhəri, Sabunçu rayonu, Milli Ordu küçəsi, ev 40 şadlıq evi “Mira Hall” şadlıq evi kürü verilmir  
55 Cəlilov Bəhram Bayram oğlu Bakı şəhəri,Sabunçu rayonu, Ü.Rəcəb küçəsi, ev 24 şadlıq evi “Firuzə” şadlıq evi kürü verilmir  
56 Əliyev Pərviz Hikmət oğlu Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov və M.Hadi küçələrinin kəsişməsi ictimai iaşə obyekti “Sushi Home by Fereh” kürü verilir süni
57 Qədiyev Anar Elşad oğlu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 376 ictimai iaşə obyekti “Yakudza Sushi” kürü verilir süni
58 İrzayev Musa Yalçın oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 22B ictimai iaşə obyekti “Samuray Sushi” kürü verilir süni
59 Həmidov Rza Heydər oğlu Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi, ev 81, mənzil 98 ictimai iaşə obyekti “Mister Sushi” kürü verilir süni
60 Məmmədova Rəqsanə Tahir qızı Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 972-ci məhəllə, 2-ci blok ictimai iaşə obyekti “Yakudza Sushi” kürü verilir süni
61 Tağıyev Rəşad Tofiq oğlu Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 613-cü məhəllə, ev 185b ictimai iaşə obyekti “Mooshu Sushi” kürü verilir süni

 


media-728x90banner

Bənzər xəbərlər