Yaşıllaşdırma və Təsərrüfat Birliyində maliyyə pozuntuları aşkar olunub?
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində Maliyyə Nazirliyi maliyyə yoxlamaları aparır– qeyri-rəsmi razılaşma iddiaları
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyində 3 may 2025-ci il tarixdən başlayaraq aparılan maliyyə yoxlamaları zamanı diqqətçəkən hallar üzə çıxıb.
Məlumata görə, yoxlamalar zamanı müəyyən maliyyə pozuntuları aşkar olunub və birliyin məsul şəxsləri yoxlamaların nəticələrinin “yumşaldılması” məqsədilə maliyyə vəsaiti müqabilində razılığa gəlməyə çalışıblar.
İddialara görə, qarşılıqlı anlaşma nəticəsində yoxlama aparan qurumla birlik arasında qeyri-rəsmi razılaşma əldə olunub. Bu razılaşmanın detalları ictimaiyyətə açıqlanmasa da, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının da məlumatlandırıldığı bildirilir.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Məlumat üçün qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illik büdcəsi 55.000000 (əlli beş milyon) manat təşkil edir. Müvafiq dövlət qurumlarından rəsmi açıqlama verilməyib.