featured-image-46678

Az

Türkiyədə yaşlı bir kişi azyaşlı qıza əxlaqsız təklif etdiyi üçün polisə şikayət edilib.

XALQ.AZ-ın məlumatına görə, Türkiyənin Aydın şəhərində Güzəlhisar məhəlləsində yaşayan 59 yaşlı bir kişi qonşusunun 14 yaşlı qızına əxlaqsız təklif edib. Belə ki, gündüz saatlarında həmin kişi qonşusunun qapısını döyüb və qapını az yaşlı qız açıb. Kişi isə onun qolundan tutaraq, “Telefon nömrəni ver, sənə çılpaq şəkillərimi göndərim” – deyib.

Qız həyəcan içində kişinin əlindən canını qurtarıb və qapını örtərək içəriyə qaçıb. Olanları anasına danışdıqdan sonra polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis şikayət edilən həmin şəxsi yaxalayaraq polis bölməsinə aparıblar. Aparılan araşdırmalardan sonra onun bundan əvvəl isə hədə və şantaj yolu ilə cinayət törətdiyi məlum olub.

Faktla bağlı ətraflı araşdırma başlanılıb.


media-728x90banner

Bənzər xəbərlər