media-yegane

Yeganə Palace” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcunun olduğu məlum olub.

XALQ-ın məlumatına əsasən, sözügedən şirkətin hazırda dəqiq olaraq 47890.28 AZN həcmində vergi borcu yaranıb.

Qanuni təmsilçisi Şahin Səfərov Ziyadxan oğlu olan şirkətlə bağlı diqqətçəkən digər məqam isə onun nizamnamə kapitalıdır. “Yeganə Palace” MMC cəmi 20 manatlıq rəsmi nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Eyni zamanda, vergi xidmətinin məlumatlarında hazırda bu vergi ödəyicisinin fəaliyyət statusu “passiv” olaraq göstərilir. Şirkətin fəaliyyəti dayansa da, arxasında buraxdığı on minlərlə manatlıq vergi borcu hələ də qüvvədə qalmaqdadır.

Qeyd edək ki,  “Yeganə” şadlıq sarayı 2019-cu ildən etibarən “Yeganə Palace” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi dövlət qeydiyyatındadır.32gun.az-ın


media-728x90banner

Bənzər xəbərlər