Bu il şagirdlərə niyə yeni kitab verilmədi? -Araşadırma
Yeni dərs ili başlanar-başlanmaz şagirdlərin dərslik problemi bir daha gündəmə gəlir və şikayətlərin ardı-arası kəsilmir. Müəllimdən tutmuş valideynə qədər hər kəs dərsliklərin köhnə və yararsız olmasından narazılıq edir.
XALQ.AZ məlumat verir ki, bu məsələ illərdir öz həllini tapmır hər il olduğu kimi şagirdlərə köhnə dərsliklər verirlir.
Bəs dövlət büdcəsində dərsliklərin çapı üçün ayrılan vəsait? Milli Məclisdə dövlət büdcəsi müzakirəsi zamanı çıxış edən millət vəkillərinin çağırışları və xahişlərinin nəticəsi olmur? Demək ki olmayıb. Yeni dərsliklərin çapı üçün dövlət büdcəsində vəsait ayrılsada bu icra olunmadığını bir daha əyani subutudur.
Hər hansı bir şagirdin məktəb çantasına baxılsa eyni ilə hamıda olduğu kimi dərsliklər köhnə və yarasız halda olduğunun şahidi oluruq. Bununla bağlı XALQ.AZ-a müraciət edən valideynlər bildirilər ki, yeni kitab istəsəkdə bitdi cavabı verilir. Bəsə görəsən bu yeni dərsliklər hansı şagirdlərə verilir? Umumiyyətcə var mı yeni dərslik? Bu suala isə aidiyyatı qurumlardan cavab ala bilmədik.
Daha bir məsələ valideynləri mütəmadi narahat edir, belə ki dərsliklərdən əlavə dərs vəsaitlərinin qiymətlərinin baha olmasıdır. Bir aildə 2- 3 məktəbli olması həmin ailənin 150-200 manar arası əlavə dərs vəsaitlərinə, testlərin alınması üçün xərc tələb olunur. Alınmadıqda isə müəllim həmin fənn üzrə tapşırıq yerinə yetirilmədiyi üçün şagirdi qiymətləndirməkdən imtina edir.
Köhnə yararsız dərsliklərlə təhsli ala bilməyən şağirdlərə isə məktəblərdən dərslikləri satışdan özləri ala bilərlər cavabı verilir
Qeyd edək ki, 4 ildən bir məktəblərə yeni kitablar paylansa da növbəti 3 il ərzində çap olunan kitabların əksəriyyəti satışa çıxarılır.
Araşdırmalarımız nəticəsində 2024-2025-ci yeni tədris ilində şagirdlərə 2021-ci və 2022-ci illəridə çap olunan artıq yararsız vəziyyətə düşmüş kitabları verilib.
Araşdırlamlarımız davam edir.
Elm və təhsli nazirliyinin bu mövzuya münasibətini öyrənə bilmədik.