Yol çökdü, hərəkət dayandı
Qubanın Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü tamamilə çöküb.
Yolun sözügedən hissəsi hər iki istiqamətdə keçilməz vəziyyətə düşüb və avtomobillərin hərəkəti mümkünsüz olub.
Sakinlər aidiyyəti qurumların problemi yerində araşdırmasını, yolun qəzalı hissələrində təxirəsalınmaz bərpa işlərinin aparılmasını istəyirlər. Bundan başqa, mövcud vəziyyətin sürücülər və ərazi sakinləri üçün təhlükə yaratdığı vurğulanır.










