Yol Polisi sürücünün həyatını belə xilas etdi
Yolda halı pisləşən sürücü Yol Patrul Xidməti (YPX) əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
XALQ xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə Şəmkir rayonu ərazisində baş verib. Halı pisləşən xəstə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib.
Həmin görüntüləri təqdim edirik:










