Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı piyadalara müraciət edib.

XALQ xəbər verir ki, müraciətdə deyilir:

“Piyadalar yol hərəkətinin ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, bəzi hallarda məsuliyyətsiz davranışlar onların həyatını risk altına salır.

– Yolu yalnız piyada keçidlərindən keçin;

– Svetoforun siqnalına əməl edin;

– Telefon və qulaqcıqlardan istifadə etməyin;

– Azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olun.

Unutmayın ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər. Qaydalara əməl etməklə siz təkcə özünüzü deyil, başqalarının da həyatını qoruyursunuz”.


media-728x90banner

Bənzər xəbərlər