“Yolüstü Restoran”ında kartdan-karta əməliyyatı – Vergidən yayınma
Azərbaycanda “Elektron ticarət haqqında” qanuna görə iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan obyektlərdə nağdsız ödənişlərin kartdan-karta köçürülməsi qadağan olunub. Qanuna əsasən, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən edilən xəbərdarlıqlara və aparılan məlumatlandırılma işlərinə baxmayaraq, hələ də bir çox iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar “Nağdsız hesablaşmalar haqqında” qanunu pozamaqla məşğuldurlar.
XALQ xəbər verir ki, “Nağdsız hesablaşmalar haqqında” qanunu pozan iaşə obyektlərindən biri də Ələt-Astara yolunda yerləşən “Yolüstü Restoranı”dır. Müştərilərin saytımıza bildirdiyinə görə, “Yolüstü Restoranı”nda gecələr ödənişlərini kartla ödəmək istədikdə onlara bildirilir ki, post terminalda hansısa problem yaranıb və vəsaiti kartdan-karta köçürsünlər.
Məlumata görə müştərilərə hesabı ödəmək üçün sonu 9759 4697 rəqəmi ilə bitən “Kapital Bank” kart nömrəsi təqdim edilir.
Bildirək ki, qanuna əsasən, kartdan-karta köçürmələrə görə birinci dəfə cərimə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü dəfə və daha çox olanda 6000 manat müəyyən edilib.AzFakt.com
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.