media-002

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün müəssisəsində də amnistiya aktı icra olunub.

XALQ bildirir ki, müəssisədə cəza çəkən yetkinlik yaşına çatmayan üç məhkum azadlığa buraxılıb.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Ombudsmanın, Milli Məclisin deputatı Zahid Orucun, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə,  media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

media-001 media-002 media-003

Qeyd edək ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə Amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.


media-728x90banner

Bənzər xəbərlər