media-zahid
Dünən Düşənbədə 10 aylıq fasilədən sonra Azərbaycan və Rusiya prezidentlərinin görüşü dövlətimizin qətiyyətinin təsdiqi oldu. Söhbət növbəti siyasi hadisədən deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qalib və müstəqil mövqeyinin qəbulundan gedir.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, diplomatiyada da millətimizin iradəsini qətiyyətlə və ləyaqətlə təmsil etdi. Tarix boyu-Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər-heç bir azərbaycanlı lideri Kreml və güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş göstərə bilməyib. Azərbayacan prezidenti heç bir geosiyasi təsirə düşmədən, yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət etdi.
Ulu öndər Heydər Əliyev də Sovetlər birliyinin 3-cü şəxsi olanda xalqımıza sədaqətlə xidmət etmişdi, ideoloji formasiyadan asılı olmamışdı və 1987-ci ildə Kremldə gördüyü ədalətisilziyin də əvəzini İlham Əliyev siyasi və hərbi Qələbəmizlə, bütövlük və suverenliklə aldı. Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa, neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular.
Bizi “etnik gərginlik yaratmaqda, antirus mövqeyə keçməkdə, radikal millətçilikdə və hətta dönüklükdə” ittiham edən rəsmi platformalar, əslində, ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı psixoloji müharibə aparırdılar. Lakin dövlətimiz və xalqımız basqıya qarşı vahid mövqedə durdu.
Kreml mediasına antiAzərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır. Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxtektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir.
4 ildir Ukraynada gedən qlobal müharibədə Azərbaycan heç bir hərbi blokun forpostu olmadı.
Ölkəmizi Qərb kolasiyasına bağlamağa, növbəti SVO-ların hədəfində göstərməyə çalışanlar dünən ifşa olundular. Ona görə də soydaşlarımızı kriminal avtoritetlər, müətşəkkil cinayətkar dəstə və qafqazlı siması kimi göstərən Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, azərbaycanlıları azad etsin.
Dünən Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil.
Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev yenidən sübut etdi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir.
Və bu, təyyarlərimizin xilası, Qələbəmizin davamıdır!

media-728x90banner

Bənzər xəbərlər