Zahid Oruc hər bir seçicinin qayğısı ilə maraqlanır-Fotolar
Zahid Oruc Babək Prospekti 76-da seçicilərlə görüşdü, şəhid kapitan Həmid Abbasbəylinin ailəsinin yaşadığı məhəllədə oldu
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Babək Prospekti 76 ünvanında, şəhid kapitan Həmid Abbasbəylinin büstünün qarşısında gerçəkləşdi.
Namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, sakinlərin müraciətlərinin hər birini qeyd edərək onlara geri dönüş edəcəklərini vurğuladılar.
Zahid Oruc bildirdi ki, şəhidimiz Həmid Abbasbəyli məktəbi uğurla bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yiyələnib. Dörd xarici dil biliyinə malik və idmana xüsusi marağı olan Həmid dəfələrdə medallarla təltif edilib. Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Ardınca, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant rütbəsində hərbi fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub. Həmid Abbasbəyli Vətən müharibəsi başladığı gündən etibarən düşmənlə mübarizəyə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmasına baxmayaraq ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında böyük şücaət göstərib.
Zahid Oruc bildirdi ki, artıq bu müddət ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini vurğuladı. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğulayıb.
Zahid Oruc belə görüşləri daha yaxın və səmimi ünsiyyət imkanı adlandırdı, böyük zallardan fərqli olaraq, açıq şəkildə istənilən problemin qaldırılması fürsəti kimi dəyərləndirdi, xalqın təmsilçisi olmaq istəyən şəxslərin vətəndaşların ayağına gəlməsini vacib tələb adlandırdı. O bildirdi ki, hər bir namizəd öz dairəsində seçiciləri ilə iç-içə olmağı bacarmalıdır. “Ağ şəhərdən yaşıl Xətaiyə” hər birimizin şüarıdır deyən Zahid Oruc sakinlərə marağı üçün təşəkkürünü bildirdi.
Sakinlər bildirdi ki, onlar bir namizədin məhəllələrinə gəlib onları dinləməsini təqdir edirlər. Sakinlərdən İsmayıl Nəbiyev zirzəminin su ilə dolması problemindən bəhs edərək bu mövzuda köməklik istədi. Bəxtiyar Qocayev qaz sayğaclarının dəyişdirilməsi məsələsindən bəhs etdi. Əliyev Ervin işlə təminat məsələsində namizəddən köməklik istədi. Quliyev İntiqam sosial yardımla bağlı müraciətinə köməklik göstərilməsini söylədi. Hüseyn Misirov isə binanın ətraf ərazilərində ictimai təhlükəsizlik problemlərindən şikayətləndi.
Sonda seçicilərə Zahid Orucun platformasını ehtiva edən “Xüsusi Buraxılış” paylandı.
Zahid Orucun Seçki Qərargahı
*****
Zahid Oruc Məzahir Rüstəmov 14 küçəsində seçicilərlə görüşdü, 232 saylı uşaq bağçasını ziyarət etdi
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Məzahir Rüstəmov 14 küçəsində gerçəkləşdi. Qanunvericilik normalarına uyğun olaraq, MSK-nın müvafiq icra hakimiyyəti orqanları ilə birgə müəyyənləşdirdiyi rəsmi yerlərdən kənarda yalnız məhdud sayda seçicilərlə ünsiyyət imkanını qeyd edən vəkillər, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və AYB üzvü, teleaparıcı Tural İsmayılov təmsil etdikləri namizədin siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırdı, onlara Zahid Orucun platformasını və gələcəyə dair baxışlarını əhatə edən “Xüsusi Buraxılış” payladılar.
Zahid Oruc ilk növbədə, ötən dövrdə parlament üzvü kimi keçdiyi yoldan, xalq qarşısında hesabatından danışaraq, hər zaman vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını bildirdi. O qeyd etdi ki, millət vəkilliyinə namizədlər xalqın ayağına getməlidir, səlahiyyətləri çərçivəsində seçiciləriin iradəsini dövlətə daşımalıdır. Zahid Oruc bildirdi ki, qələbə qazanacağı təqdirdə Xətai 33 saylı birinci seçki dairəsində daim seçiciləri ilə sıx ünsiyyətlərinə davam edəcək və bundan sonra da onların müraciətlərinin həlli üçün Xətai rayonunun aidiyyatı strukturları ilə əlaqədə olacaq.
120 yaşlı Xətai rayonun əhalisinin əsas qayğılarını artıq yaxşı bildiyini vurğulayan namizəd, ərazidə yaşayış massivlərinin salınması tarixindən və sonrakı sənaye obyektlərinin müstəqillik illərində rayonun sosial-iqtisadi həyatına təsirindən, hazırda ərazinin əsas qayğıları və perspektiv inkişaf planalarından danışdı. Zahid Oruc bildirdi ki, hər bir görüşdən sonra anında sakinlərin qaldırdığı məsələləri dövlət, hökumət və yerli hakimiyyət orqanı rəhbərləri ilə müzakirə edir, bir çox müraciətlərin artıq həll edildiyini söyləyən namizəd hər gün bütün müraciətləri vəkilləri və Seçki Qərargahı üzvləri ilə dəyərləndirdiyini dedi.
Zahid Oruc bildirdi ki, Xətai rayonu Bakının ən böyük bölgələrindəndir. Burada Azərbaycanın hər bölgəsindən vətəndaşlarımız yaşayır. Zahid Oruc vurğuladı ki, Xətai 33 saylı dairənin ərazisində xeyli uğurlu işlər görülüb, amma qaldırılan problemlər də var ki, onların həlli üçün aidiyyatı strukturlarla çiyin-çiyinə olacaq. O, qeyd etdi ki, sadə insanların yanında olmaqdan qürur duyur və bu tip görüşlərin davamlı olacağına, seçicilər etimad göstərəcəyi təqdirdə seçkidən sonra da daim ərazidə olacağını bildirdi.
Namizəd 100 mindən artıq köçkünü qoynuna alan Bərdə bölgəsinin həyatında dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işləri qürurlu siyasi bioqrafiya adlandıraraq, hazırda namizəd kimi çıxış etdiyi və hər yerdə səmimi, güvənc və etimadla qarşılandığı Xətai rayonu əhalisi üçün də gerçəkləşdirməyə qadir olduğunu dilə gətirdi. Xüsusi imzatoplama kampaniyasını açıq və şəfaff qaydada həyata keçirməyi məhz ərazinin əsas problemlərinə bələd olmaq fürsəti kimi dəyərləndirən natiq görüşə gələn hər bir vətəndaşa dərindən təşəkkür etdi.
Məzahir Rüstəmov 14 küçəsinin sakinləri vurğuladı ki, burada İcra Hakimiyyəti tərəfindən xeyli işlər görülüb, küçə abaddır, sakinlərin istirahət məkanları onları qane edir. Amma bütün Xətai 33 saylı birinci seçki dairəsində səslənən işıq problemləri və küçələrin tam işıqlandırılmaması məsələsi burada da qaldırıldı.
Daha sonra seçici Oqtay Quliyev Zahid Orucun daim MM iclaslarında aktiv olduğunu bildirib, seçkidə ona səs verəcəyini söylədi. Digər sakin Allahyar Hüryanov bildirdi ki, o, qanunvericilikdə bəzi yeniliklər istəyir, Zahid Oruc seçiləcəyi təqdirdə Parlamentdə onların təkliflərini də səsləndirsin istəyib. Gülnarə Bayramova bildirdi ki, uzun illər pedaqoq kimi çalışıb, Zahid Orucu media məkanından aktiv bir sima kimi tanıyır, belə bir insanın onların dairəsindən namizəd olmasını məmnunluqla qarşılayırlar. Məryəm Hacıyeva bidlirdi ki, uşaqlar üçün oyun meydançalarının sayının artırılması labüddür, digər sakin Mirzə Mehdiyev isə yaşıllığın artırılması üçün Zahid Orucdan aidiyyatı qurumlara müraciət etməsini istədi.
Sakinlərdən yaxınlıqdakı Seyid Əzim Şirvani küçəsi 9a-da yerləşən 232 saylı uşaq bağçasının pedaqoqu Gülnarə Veysəlova namizəddən bağçaya baxış keçirməsini xahiş etdi. Deputatlığa namizəd vəkilləri ilə birlikdə ərazini ziyarət etdi və söylədi ki, uşaqların təhlükəsizliyi üçün hasarlanmış, xüsusi mühafizə zolağına ehtiyac var, lakin bina uzun illər təmir edilməyib və həyət ərazisində uşaqlar üçün kiçik əyləncə-oyun avadanlıqlarının qoyulmasına, xüsusi istirahət guşələrinin yaradılmasına ehtiyac duyulur.
Zahid Oruc qaldırılan məsələləri müvafiq hakimiyyət orqanlarına çatdırıcağına və məsələni daim diqqətdə saxlayacağına vətəndaşları əmin etdi.
Zahid Orucun Seçki Qərargahı
****
Zahid Oruc Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə görüşdü
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Oruc Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə səmimi görüş keçirdi. Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Zahid Orucun millət vəkilliyi fəaliyyətindən, Bərdəni təmsil etdiyi dövrdə orada gördüyü işlərdən və Xətai 33 saylı birinci seçki dairəsi ilə bağlı planlarından bəhs etdi.
Çıxış üçün söz alan tanınmış jurnalist Azər Niftiyev 30 ilə yaxındır ki, bu ərazidə yaşadığını, istər vətəndaş, istərsə də media təmsilçisi kimi ictimai rəydə Zahid Orucun aktiv millət vəkili kimi tanınmasından məmnunluq duyduğunu və belə ictimai nüfuzun Xətai əhalinin xeyrinə işləyəcəyinə dərin inamını ifadə etdi. O sakinləri, qonşularını qarşıdakı Qələbə ayında-1 sentyabrda ümumxalq aksiyasında aktiv olmağa səsləyərək, layiqli namizəd kimi Zahid Oruca dəstək verməyə, onun millətimizə fədakar xidmətlərinə davam etdirilməsinə xeyir-dua verməyə çağırdı.
A.Niftiyev qeyd etdi ki, Zahid Oruc istər ümummilli məsələlər, istərsə də təmsil etdiyi bölgənin həyati əhəmiyyətli məsələlərinə geniş yer verdiyi üçün, dövlət və Hökumət orqanları ilə yaxından əməkdaşlıq edən beyin Mərkəzinin rəhbəri kimi ona etibar etməyin ərazinin və bütövlükdə bir rayonun gələcək iqtisadi-sosial inkişafına yalnız müsbət təsiri olacaqdır.
Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə görüşdən məmnun olduğunu bildirən Zahid Oruc bildirib ki, kim ki xalqın ayağına gedir, xalq onu daim uca tutur. Sadə, zəhmətkeş insanların yanında olmaqdan qürur duyduğunu bildirən namizəd əraziyə daim baş çəkəcəyini, insanların öz millət vəkillərini hər zaman yanlarında görəcəyini söylədi.
O, bütün namizədlərə hörmətlə yanaşdığını deyib:
“Niyə 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmağımla bağlı suallara gəlincə, namizədliyimi irəli sürərkən qərarımı əsaslandırmışam. Eyni zamanda “Xüsusi Buraxılış”da bütün fikirlərimiz yer alıb. Amma inanın ki, sənədləri rəsmən təqdim edənə qədər həmin dairədən kimlərin namizəd olduğundan məlumatsız idim. Hər zaman ləyaqətli mübarizənin tərəfdarı olmuşuq. Rəqiblərin və alternativlərin kimliyi anlayışı ilə hərəkət etmirik, hər bir seçicinin səsi uğrunda nübarizə aparırıq”.
Seçicilərdən görüşdə iştirak edən Səmayə İbrahimova yaşadıqları kooperativ binanın problemlərindən bəhs edərək, bu məsələni nəzərdə saxlamasını Zahid Orucdan xahiş etdi. Bəxtiyar İbrahimov yaşıllıqların bütün ərazidə sahəsinin genişləndirilməsinin vacibliyindən danışdı. Əziz İsmayılov başqa dairənin seçicisi olsa da Xətai sakini kimi Zahid Orucun görüşündə iştirak etmək istədiyini qeyd edərək, 33 saylı dairədəki qohumlarını Zahid Oruca səs vermək üçün təşviq edəcəyini vurğuladı. Seymur Namazov müəyyən ərazilərin gecə saatlarında işıqsız qaldığını vurğulayaraq narahatlıqlarını ifadə etdi.
Bütün qeyd edilən məsələlər Zahid Orucun vəkilləri tərəfindən qeydə alındı. Sonda xatirə şəkli çəkdirildi.
Zahid Orucun Seçki Qərargahı


















