Zahid Orucun seçicilərlə görüşləri davam edir-Fotolar
Zahid Oruc Lütfi Zadə 18 a küçəsinin sakinlərinin dəvəti ilə onlarla görüşdü, seçicinin evini ziyarət edərək ad gününü təbrik etdi
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı dövründə sonuncu görüşləri gerçəkləşdi.
Növbəti görüş israrla namizədi öz məhəllərinə dəvət edən Lütfi Zadə 18 və Lütfi Zadə 18 a küçəsinin sakinləri ilə oldu. Hər iki küçənin 50-yə yaxın sakininin öz təşəbbüsü ilə gerçəkləşən görüşdə seçicilər namizədə onların səsinə səs verib görüşə gəldiyi üçün Zahid Oruca təşəkkür ediblər. Görüş zamanı əhatədə onlarla yeniyetmə və məktəblinin müşahidə edə biləcəyi- gələcək dövlət quruculuğunda millətimizi ləyaqətlə təmsil edəcək gənc nəsil üçün maraqlı və canlı platforma yaranmışdı, valideynlər, gənclər, küçədə və ətraf ərazilərdə yaşayan seçicilər Zahid Orucun platformasına böyük maraq göstərdi.
Əvvəlcə Zahid Orucun vəkilləri sosioloq alim Əfqan Vəliyev, politoloqlar İlyas Hüseynov və Tural İsmayılov namizədin keçdiyi həyat və siyasi yoldan ətraflı bəhs etdilər. Vəkillər Zahid Orucun seçki kampaniyası dövründə bütün evlərə paylanan “Xüsusi Buraxılış” adlı təbliğat materialından bəhs etdilər. Buraxılışda Zahid Orucun Bərdədə gördüyü işlər, Xətai ilə bağlı planları geniş yer alır. Seçicilərdən səsvermədən öncə “Xüsusi Buraxılış”ın səhifələrinə diqqət yetirmələri ilə bağlı xahiş edən vəkillər görüşdən əvvəl sakinlərin müraciətlərini qeydə aldı, müraciətlərin sistemləşdiriləcəyini və həll edilməsi mümkün olan məsələlərin ən qısa zamanda müvafiq strukturlara yönəldiləcəyi vurğulandı.
Zahid Oruc görüşdə çıxış edərək, sadə ailənin övladı kimi, ali təhsil illərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı qəsdlər dövrünə düşdüyü, parlament üzvü kimi beynəlxalq məkanda işğala məruz qalmış bir milləti təmsil etməyin ağırlığından danışdı, 44 günlük müqəddəs müharibə və Xankəndi Zəfərindən sonra təkcə torpaq və suverenlik deyil, həm də vətəndaş bütövlüyü qazandığımızı tarixi hadisə kimi qeyd etdi. Namizəd 100 mindən artıq köçkünü qoynuna alan Bərdə bölgəsinin həyatında dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işləri qürurlu siyasi bioqrafiya adlandıraraq, hazırda namizəd kimi çıxış etdiyi və hər yerdə səmimi, güvənc və etimadla qarşılandığı Xətai rayonu əhalisi üçün də gerçəkləşdirməyə qadir olduğunu dilə gətirdi. Xüsusi imzatoplama kampaniyasını açıq və şəfaff qaydada həyata keçirməyi məhz ərazinin əsas problemlərinə bələd olmaq fürsəti kimi dəyərləndirən Zahid Oruc səslənən hər bir məsələnin həlli üçün görüşlərdən çıxan kimi addımlar atıldığını vurğuladı.
Zahid Orucu namizəd kimi görməkdən məmnun olduqlarını bildirən 18 a sakinlərindən Südabə Səlimova Zahid Orucu hər zaman televiziyadan aktiv bir millət vəkili kimi tanıdıqlarını söylədi. Südabə xanım onun çağırışına səs verərək küçə sakinlərinin hər birini dinlədiyi üçün Zahid Oruca təşəkkür edib.
Sakinlərdən Səlimov Tahir Xətai 33 saylı dairədə mövcud olan işıqlandırma problemlərindən danışdı, tullantıların gec təmizləndiyini vurğuladı. Təranə Əliyeva küçədə söhbətgahın təmirə ehtiyacının olduğunu bildirərək, uşaqlar üçün oyun parkının salınmasının labüd olduğunu bildirdi. Şəhid Ayaz Məhərrəmovun qardaşı Ramin Məhərrəmov təbliğat dövrü boyunca ərazidə şəhid ailələrini ziyarət edən Zahid Orucu hər zaman qazi və şəhid ailələrinin yanında olan bir ziyalı kimi xarakterizə etdi. O, qardaşının adına olan bulağın ətradının abadlaşdırılmasını istədiyini söylədi.
Görüşün sonunda sakinlərlə səmimi söhbət edən Zahid Oruc xatirə fotosu çəkdirdi.
Daha sonra Zahid Oruc sakinlərdən Südabə Səlimovanın ad gününün olduğunu öyrəndiyini söyləyərək, onu təbrik etdi, arzularını dilə gətirdi. Südabə xanımın evində qonaq olan Zahid Oruc ailə üzvləri ilə tanış oldu, çay süfrəsi ətrafında səmimi fikir mübadiləsi aparıldı. Görüşdə Südabə Səlimovanın Türkiyədə təhsil alan nəvələri, qızı və yaxın qohumları iştirak edirdi. Onların hər biri 1 sentyabrda aktiv şəkildə seçkilərdə iştrak edəcəklərini və səslərini Oruc duaları altında verəcəklərini bildirdilər.
***
Zahid Oruc kənd Əhmədlini qarış-qarış gəzdi, Birinci Qarabağ Müharibəsi şəhidi Şahin Səmədovun evini ziyarət etdi
33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı fonunda növbəti görüşləri kənd Əhmədlidə fərdi yaşayış evlərində oldu.
Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinin bir neçə küçəsində, əsasən də Şahin Səmədov küçəsində, Əhmədli 3, Əhmədli 7, Seyid Mirhəsən Ağa küçələrində gəzib. Zahid Oruc kənd Əhmədli ərazisində aparılan abadlıq işlərin həyata keçiriən hər bir işçi ilə səmimiyyətlə görüşdü, məhəllə sakinləri və rastlaşdığı vətəndaşlarla söhbət edərək, onların müraciətlərini dinlədi. Zahid Oruc bildirib ki, Ulu Qarabağın ayrılmaz parçası olan, 100 mindən artıq məcburi köçkünü son 33 ildə qoynuna alan Bərdə rayonunun təmsilçisi adını hər zaman qürurla daşıyıb, qədirbilən bərdəlilərə özünü borclu sayıb. Vətən müharibəsində Qələbəyə gələn şərəfli yolu Ali Baş Komandanın rəhbərliyi altında birgə keçərkən bütün bölgələr kimi, Bərdənin də həyatında köklü dəyişikliklər baş verdi.
Bu dəfəki seçkidə namizəd kimi Xətai rayonunu seçərkən həm fəaliyyətimizin aparıcı sahəsinə çevrilən-tədqiqatçılıq təcrübəmizlə, həm də, ötən seçkilər zamanı yaxından tanımaq imkanı qazandığımız ərazinin xüsusiyyətləri, o cümlədən, Vətən Müharibəsində əbədi borclu olduğumuz şəhidləri, Milli Qəhrəmanları, fədakar veteranları ilə fəxr edən sadə və bütöv vətəndaşların, dəyərli ziyalıların və dövlətçilik mövqeyində olan qüvvələrin dəstəyinə arxalandıq və buna güvəndik.
Zahid Oruc bildirdi ki, Əhmədli ərazisində insanların etimadını və ona olan sevgisini görməkdən qürur duyur. Əhmədli kəndini gəzərkən Zahid Oruca edilən fərdi müraciətlər ictimai vəkilləri tərəfindən qeydə alındı, bəzi məsələlərlə bağlı namizəd elə yerindəcə aidiyyatı qurumlarla danışıqlar apararaq, onların həlli üçün qanunvericilik çərçivəsində xahişləri bildirdi.
Daha sonra deputatlığa namizəd Birinci Qarabağ Müharibəsi şəhidi Şahin Səmədovun anası Əsmət Səmədovanın evini ziyarət etdi. Əsmət xanım Zahid Orucu yaxından izlədiyini, onun çıxışlarına daim televiziyalarda böyük maraqla qulaq asdığını, belə bir namizədin bu dəfə onların dairəsində olub insanlara qayğı göstərməsini yüksək dəyərləndirdiklərini söylədi.
Zahid Oruc Əsmət Səmədovaya bildirdi ki, artıq bu müddət ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini vurğuladı. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğulayıb.
Zahid Oruc belə görüşləri daha yaxın və səmimi ünsiyyət imkanı adlandırdı, böyük zallardan fərqli olaraq, açıq şəkildə istənilən problemin qaldırılması fürsəti kimi dəyərləndirdi, xalqın təmsilçisi olmaq istəyən şəxslərin vətəndaşların ayağına gəlməsini vacib tələb adlandırdı. O bildirdi ki, hər bir namizəd öz dairəsində seçiciləri ilə iç-içə olmağı bacarmalıdır.
Zahid Oruc irəli sürdüyü platformada və ötən on illər millət vəkili kimi həyatınızın bütün sferalarında xalqımızın irəli getməsi təhsilə daha yüksək sərmaye və ünvanlı yatırımlar edilməsi prinsipini ən yüksək tribunalardan dilə gətirdiyini söylədi.
Şəhid ailələrinə göstərdiyi səmimi diqqət üçün Zahid Oruca təşəkkür edən Əsmət Səmədova 1 sentyabrda seçkilərdə fəal şəkildə iştirak edəcəklərini və səsini layiqli xalqa adamı kimi ona verəcəklərini söylədi. Zahid Oruc Əsmət xanımı yenə ziyarət edəcəyini bildirərək onunla sağollaşdı.
Deputatlığa namizəd sakinlərin xahişi ilə evlərə baş çəkərkən qəzalı şəraitdə yaşayan Əliyeva Yeganə evinə qeydiyyat və evinin təmiri məsələsini qaldırdı. Zahid Oruc Yeganə xanımın ağır məişət-kommunal problemləri ilə yerindəcə tanış oldu, müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxladı. Daha sonra kənd ağsaqqalı Bəxtiyar Kərimov çəkilən kanalizasiya xətlərinin bəzi ərazilərdə ümumi dairəvi sistemə qoşulmadığını deyərək deputatlığa namizədddən Azərsu ilə danışıb məsələyə kömək göstərməyini xahiş etdi. Digər kənd sakini Camal Ələskərov isə ərazidə mövcud evlərin hüquqi sənədlərinin verilmədiyini bildirərək ağır problem kimi nəsildən-nəsilə ötürüldüyünü dedi, aidiyyatı qurumları vətəndaşların kütləvi tələbəni yerinə yetirməyə çağırdı.
Zahid Oruc göstərilən səmimi və doğma münasibətə təşəkkür edərək, qaldırılan məsələlərə görə daimi əlaqə saxlayacağına hər bir sakində inam və etibar yaratdı.
Zahid Orucun Seçki Qərargahı
****
ahid Oruc Əhmədli kənd Cümə məscidini ziyarət etdi, kənd Əhmədlinin mərkəzi meydanında oldu
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Seçki kampaniyası dövründə qapı-qapı prinsipinə uyğun olaraq Zahid Oruc seçki dairəsinin bütün ərazilərində oldu və proses təşviqatın son həftəsində də uğurla davam etdirilir.
Bu dəfə görüş Əhmədli kənd Cümə məscidinin yerləşdiyi, abadlıq işlərinin uğurla davam etdiyi Seyid Mirhəsən Ağa küçəsi 24-dəki mərkəzi meydanda gerçəkləşdi. Zahid Orucun günlərdir kənd Əhmədlidəki seçicilərə baş çəkdiyini, şəhid ailələrini ziyarət etdiyini eşidən kənd sakinləri görüşə böyük maraqla qatılmışdılar.
Deputatlığa namizədin vəkilləri sosioloq alim Əfqan Vəliyev, politoloqlar İlyas Hüseynov və Tural İsmayılov Zahid Orucun platforması haqqında danışdılar, onun keçdiyi həyat və siyasi yoldan bəhs etdilər. Eyni zamanda vəkillər vurğuladı ki, Zahid Oruc yeganə namizədlərdəndir ki, seçki təbliğatı üçün “Xüsusi Buraxılış” dərc etdirib. Seçicilərə paylanan “Xüsusi Buraxılış”da həm namizədin keçdiyi həyat yolu, həm Parlamentdəki aktiv fəaliyyəti, həm də Xətai 33 saylı dairə ilə bağlı planları yer alıb. Görüşə gələnlər Zahid Orucu ən aktiv millət vəkili kimi xarakterizə edərək bildirdilər ki, kənd Əhmədliyə ilk dəfədir ki, hansısa namizəd gələrək insanların arasında olur, onların qayğılarını dinləyir, problemlərinin həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırır.
Zahid Oruc bildirdi ki, Əhmədli kənd Cümə məscidinin interyeri sadə şəkildə işlənib. Günbəzin diametri 5 metrdir. Günbəzin dairəvi hissəsində “Kəlmeyi-teyyubə” yazılıb. O qeyd etdi ki, seçki şüarındakı “Oruc Allahın, seçim xalqın” ifadəsi təkcə soyad kimliiyni seçki şüarına çevirmək hadisəsi olmayıb, oruc əqidəsi və fəlsəfəsi ilə millətinə xidmət amalından irəli gəlir. Oruc Allahın müqəddəs əmrlərindən biridir, seçim isə xalqın konstitusion haqqıdır. Əhmədli kəndindəki bir çox problemlərin həll edildiyini bildirən natiq qeyd etdi ki, prezident İlham Əliyevin ərazini ziyarət etməsi və qədimliyi, tarixiliyi, fərqli ornametləri özündə əks etdirən məhəllənin quruculuğuna dair şəxsi baxışlarını irəli sürməsi, kənddə şəhər tipli poliknikanın yaradılmasında bilavasitə iştirakə ərazinin statusunu yüksəldir, onu gələcək ən çox ziyarət olunacaq yerlərdən birinə çevirir və hazırda hər addımda abadlıq işlərinin davam etdirilməsi qürur doğurur. O Əhmədli kəndinin insanlarının sosial tərkibinin müttəlifliyindən danışdı, camaatın sadə, imanlı, zəhmətkeş olduğunu ən böyük sərvət adlandırdı.
Zahid Oruc söylədi ki, indi xaricdəki müəyyən dairələr Ali Baş Komandanımızın rəşadətli qələbəsindən sonra prosesə qarşı informasiya hücumları edir. Bu xalqın milli-mənəvi və dini dəyərlərini hədəfə almaq üçün müxtəlif sosial məsələlər şişirdilir, həqiqətlərin cəmiyyətə çatdırılmamasına çalışılır, qalibiyyətimizin mənimsənilməsi üçün genişmiqyaslı təxribat kampaniyaları aparılır. Lakin millətimizin indi Böyük Qayıdışa inamla yanaşması düşmən qüvvələrin planlarını iflasa uğradır.
Bakı kəndlərinin zəngin irsindən bəhs edən Zahid Oruc ona göstərilən marağa təşəkkür edərək Bərdədə gördüyü işlərdən, Xətai ilə bağlı planlarından bəhs etdi.
Ərazidə əslən Bərdədən olan seçicilər də iştirak edirdi və onlar bildirdi ki, Zahid Orucun Parlamentdə xalqın iradəsini təmin etməsi, ictimai-siyasi məkanda hər zaman təşəbbüskarlığı ilə seçilməsi, seçicilərlə daim təmasları, ünsiyyət körpüsünü qoruyub saxlaması, mütəmadi olaraq bölgə ilə sıx əlaqədə olmasını alqışa layiqdir. Onun çalışmalarının insanlar tərəfindən həmişə isti qarşılandığı bildirilib. Həmçinin Zahid Oruca dövlət rəhbəri tərəfindən yüksək qiymət verilərək onun mühüm bir tədqiqat mərkəzinə rəhbər təyin olunması da ayrıca vurğulanıb və bunu insanların, cəmiyyətin düşüncələrinin dövlətə çatdırılmasında Z. Orucun üzərinə qoyulan məsuliyyət kimi qiymətləndiriblər.
Xətaidə xeyli uğurlu işlər görüldüyünü, xüsusilə abadlıq və quruculuq tədbirlərinin heç bir rayonla müqayisə olunmayacaq dərəcədə çox olduğunu vurğulayan Zahid Oruc ali məqsədinin yerli hakimiyyət , dövlət və hökumət orqanları ilə birgə çalışaraq “Abad və Yaşıl Xətai”nin qurulması olduğunu dilə gətdirdi. “Bizim on illərlə idarəemə təcrübəmiz var, xalqa ləyaqətlə xidmət etmək müqəddəs borcumuzdur”, deyən natiq seçki kampaniyası dövründə vətəndaşlar tərəfindən qaldırılan bir çox problemin aidiyyəti qurumların gücü ilə həll edildiyini və uğurlu işlərin davam etdiriləcəyinə hamını əmin etdi.
Seçicilərdən Polad Məmmədov namizədin Milli Məclisdəki fəaliyyətini yaxından izlədiyini bildirdi. O, işlə təmin olunması üçün Zahid Orucdan köməklik istədi. Nəzakət İsrafilova asfaltlanma ilə bağlı işlərdən razılığını bildirərək, bütün kənd Əhmədlinin asfalt örtüyünün dəyişəcəyinə ümidli olduğunu bildirdi. Sevda Almuradova su ilə bağlı müəyyən problemlər olduğunu vurğuladı. İlahə Səfərova əlillik təyinatı ilə bağlı qanunvericilik təşəbbüsündən danışdı, Bayram Cabbarov 64 nömrəli məktəbin qarşısındakı antisanitariyadan şikayətləndi.
Zahid Oruc seçkinin nəticəsinin necə olmağından asılı olmayaraq, burada qaldırılan məsələlərə yardımçı olacağını vurğuladı.
Sonda sakinlərlə kollektiv foto çəkdirildi.





















