Boru partlayıb, içməli su küçəyə axır…

XALQ xəbər verir ki, görüntülər Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsindəndir.

Sözügedən ünvanda yaşayan sakinlər deyirlər ki, boru xətti köhnəldiyindən illərdir bu problem baş verir.

Sakinlər bildirirlər ki, hətta xəttinin yenilənməsi üçün öz hesablarına yeni borular da alıblar. Onlar problemin tam şəkildə həll olunması üçün, köhnə boruların tamamilə yenilənməsini istəyirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə Müraciət etdik.Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, hazırda həmin ərazidə qəzanın aradan qaldırlması işləri görülür. Həmçinin orada 150 metrlik məsafədə borular yeniləcək. Artıq işlərə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 


media-728x90banner

Bənzər xəbərlər