media-zaurr

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin  fəaliyyətindən sosial şəbəkələrdə və ölkə mətbuatında mütəmadi şikayətlər yayımlanır.

XALQ xəbər verir ki, bu şikayətlərin araşdırması, lazımi tədbirlərin görülməsi sadəcə bir açıqlama üçün,  gözdən pərdə asmaq  üçün verildiyi bildirilir. Gündəlik xəbərlərdə yayımlanır ki, bu ərazidə boru partaldı içməli su küçələrə axır, paytaxtın bu rayonunda sakinlər bir neçə gündür susuz qalıb və sairə məlumatlar artıq adi hala çevrilib.

Görünür ki,  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun qohum təyinatları heç də işə yaramayıb. Çünki vətəndaşların haqlı narahatçılığı həll olunmamış qalıb.

Bu günlərdə “Müştəriyəm şikayətim var” qrupunda Fidan Tahorova adlı sosial şəbəkə istifadəçisi  3 gündür Ramana Şuşa şəhərciyində su yoxdu.Qaynar xəttə nə vaxt zəng edib yazırsan yola verirlər.Standart cavab verirlər. Əhali bayram günü susuz qalıb. Azersu öz kefində ancağ yola verir. Çətinliyi bərpa edən yoxdur. deyə şikayət yazaraq narahatçılığını ifadə edib və operatorla yazışmasını paylaşıb.

Paylaşımda qeyd olunub ki, Ramana Şuşa şəhərciyində su gəlmir, İri Şəhərlərin Birləşmiş Su Təchizatı operatoru isə bildirib ki, “Qeyd edilən ərazidə təziqlə bağlı problem yaranır. Hal-hazırda təziqlə bağlı problemin aradan qaldırılması ilə bağlı işlər aparılır. Gün ərzində ərazi su ilə təmin olunacaq. 

Lakin göründüyü kimi şikayətçi paylaşımda qeyd edir ki, gün bitti siz suyu nə vaxt verəcəksiz?  sual edir lakin operator cavab vermir. Bu hal ilk deyil belə ki, paytaxtın müxtəlif əraziləridə belə hallar yaşanır. Bu kimi problemlərin həll olunması üçün isə heç bir tədbirlər görülmür sadəcə vədlər veirilir.

Qeyd edək ki, ölkə başçısı hər bir məmuru vəzifəyə təyin edərkən xüsusi ilə qeyd edir ki, vətəndaşların narahat edən məsələlər operativ və dərhal həll olunmalıdır.

 Belə ki,  Prezident İlham Əliyev Zaur Mikayılovu vəzifəyə təyin edərkən  bildirmişdir ki,  Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

Zaur Mikayılov isə çıxışında qeyd edib ki, 
– Möhtərəm cənab Prezident, çox təşəkkür edirəm. Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.

Lakin göründüyü kimi bu vəd əməl olunmur.

Məsələ ilə bağlı aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırırq.

 

Həmin görüntüləri təqdim edirik.

media-01 media-02 media-03

 

 


media-728x90banner

Bənzər xəbərlər