media-88

Dünyanın ən böyük problemlərindən biri içməli su qıtlığıdır. Bu problem Azərbaycanda da açıq şəkildə hiss olunur. Ölkənin əksər bölgələrində, hətta paytaxt Bakı şəhərində belə insanlar bəzən günlərlə su problemi yaşayır.

XALQ bildirir ki, paradoksal məqam isə ondan ibarətdir ki, bu çatışmazlığın fonunda texniki nasazlıqlar səbəbindən min tonlarla içməli su hər gün boşuna küçələrə axıdılır.

Bu vəziyyət artıq təkcə məişət problemi deyil, strateji təhlükəsizlik və idarəetmə böhranıdır.

Təbii ki, bu miqyasda problemin qarşısını almaq birbaşa aidiyyatı qurumun  –  (ADSEA) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin öhdəliyindədir. Lakin digər bir çox dövlət qurumlarında olduğu kimi, ADSEA da il sonunda nə ictimai hesabat təqdim edir, nə də görülən işlər barədə şəffaf məlumat açıqlayır. Halbuki ölkənin su kimi həyati əhəmiyyətli resursunu qorumağa cavabdeh olan qurumun fəaliyyəti tam şəffaf və hesabatlı olmalıdır.

Azərbaycan müstəqil olduğu gündən bu yana ən çox maliyyə vəsaiti ayrılan qurumlardan biri məhz su təsərrüfatına cavabdeh strukturlar olub. Əvvəllər bu sahəyə “Azərsu” ASC cavabdehlik daşıyırdı və ən çətin dövrlərdə belə vəziyyəti qismən də olsa stabilləşdirə bilmişdi. Sistem ideal olmasa da, müəyyən idarəçilik mexanizmləri mövcud idi.

Sonradan Azərsu ləğv edilərək funksiyalar ADSEA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adı altında bir neçə quruma bölündü. Məqsəd səmərəliliyin artırılması, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi idi. Lakin praktikada bunun əksi baş verdi.

ADSEA-ya rəhbər vəzifəsinə Zaur Mikayılov təyin olundu. Lakin onun indiyə qədərki fəaliyyətinə nəzər saldıqda, ölkənin su təchizatı kimi mürəkkəb və strateji sahəni idarə etmək üçün zəruri təcrübəyə malik olmadığı aydın görünür.

Zaur Mikayılov:

1999–2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini vəzifələrində çalışıb;
2009–2016-cı illərdə “Paşa İnşaat” şirkətində obyektlərin istismarı, biznes mərkəzinin baş meneceri, daşınmaz əmlakın idarə olunması departamentində baş menecer vəzifələrini icra edib;
Port Baku Towers”in baş direktoru olub.

Bu fəaliyyətlərin heç biri ölkənin ümumi su təminatının qurulması və idarə edilməsi üçün zəruri texniki və strateji təcrübə hesab edilə bilməz.

Real vəziyyət acıqnacaqlıdır – borular partlayır, su küçələrə axır

Bu gün ölkənin əksər bölgələrində, eləcə də Bakıətrafı qəsəbələrdə su xətləri nəzarətsiz və sistemsiz vəziyyətdədir. Əksəriyyəti susuzdur və insanlar fərdi olaraq hardansa su çəkib gətirirlər. Qurumun tabeliyində olan su boruları isə tez-tez partlayır, tonlarla içməli su küçələrə, yollara axıdılır.

Uzağa getməyə ehtiyac yoxdur, Masazır, Xırdalan, Bakı kəndləri, Buzovna, Mərdəkan və ətraf qəsəbələrdə vəziyyət daha acıqnacaqlıdır.

Bu ərazilərdə mütəmadi olaraq su xətlərinin partlaması, müvəqqəti və keyfiyyətsiz boruların çəkilməsi, insanların günlərlə susuz qalması artıq adi hala çevrilib. Bunlar ADSEA-nın sistemsiz fəaliyyətinin açıq nəticələridir.

Büdcə vəsaitləri hara xərclənir?

media-01

Ən düşündürücü məqam isə budur ki, hər il insanların su təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin bu vəsaitlərin hara xərcləndiyi görə görünmür, dəyişən heç nə yoxdur.

Su qıtlığı qalır, infrastruktur köhnədir, sistem yenilənmir, məsuliyyət hiss olunmur. Buna baxmayaraq, ADSEA rəhbərliyi illərdir yığılıb qalmış problemlərin guya həll edildiyi təəssüratını yaratmağa çalışır.

media-02

Beləliklə, bir neçə ildir bu vəzifəyə təyin edilən (ADSEA) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Zaur Mikayılov  mövcud vəziyyətdən narahat deyil, ona edimiş etimadı doğrulda bilmir. Nəticədə isə hər gün tonlarla içməli su küçələrə axıdılır, insanlar susuz qalır, dövlət vəsaitləri isə səmərəsiz şəkildə xərclənir.Bizimesr.az


media-728x90banner

Bənzər xəbərlər