media-pree
Kəlbəcər Günü – Zəfərin, Qayıdışın və Yenidənqurmanın Simvolu
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yeri olan Kəlbəcər rayonu hər il qeyd olunan Kəlbəcər Günü ilə həm tarixi ədalətin bərpasını, həm də ölkənin milli birliyini təcəssüm etdirir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində mühüm mərhələ kimi yadda qalıb və işğaldan azad edilmiş bölgələrin dirçəliş yolunda mühüm rəmzə çevrilib.
Kəlbəcər uzun illər boyu işğal altında qalaraq dağıntılarla, viran edilmiş kəndlərlə yadda qalsa da, 2020-ci il Vətən müharibəsindən sonra rayonun işğaldan azad olunması Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Kəlbəcərin geri qaytarılması ölkə üçün həm siyasi, həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu torpaqlara yenidən Azərbaycan bayrağının sancılması xalqımıza sonsuz qürur hissi yaşatdı.
İşğaldan azad olunduqdan sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Bu gün burada sıldırım dağlar, meşələr, bulaqlar, təbii sərvətlər və bənzərsiz gözəlliklər diyarının əvvəlki görkəmini bərpa etmək məqsədilə yeni yol və tunellər inşa olunur, elektrik, su, qaz infrastrukturu bərpa edilir, sosial obyektlər tikilir.
Rayonda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində artıq bir neçə yaşayış məntəqəsi yenidən qurulur və köç prosesinin başlanması üçün zəruri şərait yaradılır. Kəlbəcərdə aparılan layihələr təkcə fiziki bərpa deyil, həm də bölgənin gələcək inkişaf strategiyasının formalaşdırılması deməkdir.
Kəlbəcər Azərbaycanın ən zəngin təbii-resurs potensialına malik rayonlarından biridir. İstisu kimi dünya şöhrətli müalicəvi mineral sular, geniş yayılmış yaylaq mədəniyyəti, gözoxşayan meşələr və dağ mənzərələri bu bölgəni gələcəkdə ölkənin ən böyük turizm mərkəzlərindən birinə çevirmək imkanına malik edir. Hazırda burada müasir turizm infrastrukturu qurulur və gələcəkdə Kəlbəcərin reqionun inkişafında mühüm rol oynaması gözlənilir.
Kəlbəcər Günü təkcə bir rayonun işğaldan azad olunmasını deyil, Azərbaycan xalqının birliyini, əzmini və dövlətimizin gücünü ifadə edir. Bu gün hər bir azərbaycanlı üçün qürur, zəfər, vətən sevgisinin təcəssümüdür!
media-jall
Jalə Əliyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər