Zelenski atəşkəsi elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş üçgünlük atəşkəs qərarını və irimiqyaslı məhbus mübadiləsini təsdiqləyib.
XALQ xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında məlumat paylaşıb.
Ukrayna lideri qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan intensiv danışıqlar mühüm nəticələrlə yekunlaşıb.
Zelenskinin sözlərinə görə, tərəflər 9, 10 və 11 may tarixlərində hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər:
“Bu gün Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs elan edilməlidir”.
Qeyd edək ki, bu, müharibənin gedişatında ən irimiqyaslı məhbus mübadiləsi və genişmiqyaslı atəşkəs cəhdlərindən biri kimi qiymətləndirilir.










