media-zelenski

“Türkiyənin Rusiya ilə müharibədə prinsipial mövqeyi Ukrayna üçün çox önəmlidir”.

XALQ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə deyib.

O, Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edib:

“Biz türk diplomatiyasının gücünə və onun Moskvada başa düşülməsinə inanırıq. Ümid edirik ki, ilin sonuna qədər əsir mübadiləsini bərpa edəcəyik. Türkiyə bu mövzuda böyük dəstək verir”.


media-728x90banner

Bənzər xəbərlər