101 yaşlı Cümhuriyyətimiz mübarək, Türkiyəm !
Türkiyənin 101 yaşlı Cümhuriyyəti mübarək olsun!
Bu gün- oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin 101 yaşı tamam olur.Bu 101 ildə Türkiyə Cümhuriyyəti çox böyük və şərəfli bir yol keçib, yerləşdiyi regionda və dünyada yerini,rolunu,çəkisini,nüfuzunu davamlı olaraq artıran,möhkəmlədən mühüm hədəflərə nail olub.
Türkiyə ilə Azərbaycan fikirdə ,sözdə və əməldə bir millət-iki dövlət kimi dünyaya nümunə olan çox şərəfli bir missiyanı hər cəhətdən uğurla həyata keçirir. Azərbaycanın sevinci, Türkiyənin sevinci, kədəri-Türkiyənin kədəri olduğu kimi, Türkiyənin də sevinci-Azərbaycanın sevinci,kədəri- Azərbaycanın kədəridir.
Türkiyə- Cümhuriyyət olaraq bundan sonra da yüz illərlə, min illərlə var olacaq,daha yüksək zirvələri fəth edəcək, inşallah!
101 yaşlı Cümhuriyyətimiz mübarək, Türkiyəm !
Sonsuz sayğılarımla təbrik edirəm!
Əli Məsimli
Millİ Məclisin deputaı










