13 yaşlı məktəbli Gəncədə tapıldı- Dağlıq əraziyə gəl….. yazısı aşkar olunub
Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanova oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.
XALQ.AZ məlumatına görə, azyaşlının nənəsi deyib ki, onun çantasından ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb:
“Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırmışdılar. Dedilər dəftərində qeyri-adi şeylər yazıb. Özünlə paltar, şirniyyat, su götür, saçını kəs. Biz hara desək ora gəl, dağlıq əraziyə gəl”.
Ətraflı “ATV Xəbər”in süjetində:
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.
Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.
*****











