20 yaşlı Dəryanın ailə üzvləri ölümündən danışdı
Bir neçə gün öncə Bakıda 20 yaşlı Dərya Namiz qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib.
XALQ xəbər verir ki, hadisənin təfərrüatları haqda onun yaxınları Baku TV-yə danışıb.
Qardaşının sözlərinə görə, sosial şəbəkələrdə yayılan məlumatların böyük qismi həqiqəti əks etdirmir. 20 yaşlı Dərya universitet tələbəsi olmayıb, o, pirsinq və tatu ustası işləyirmiş.
Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib.
Daha ətraflı süjetdə:
TƏBİB-dən s bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.