“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.
Əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

 

Xalq.Az

 

Sevinc


media-728x90banner

Bənzər xəbərlər