Musa Quliyev Gəncədə seçicilərlə görüşdü
Millət vəkili Musa Quliyevin Gəncədə seçiciləri ilə növbəti görüşü olmuşdur.
XALQ.AZ məlumat verir ki,deputatın qəbuluna gələn seçicilər müxtəlif xarakterli sosial-məişət problemlərini söyləmişlər. Seçiciləri narahat edən bütün məsələlər millət vəkili tərəfindən diqqətlə dinlənilmiş, bəzi yerli xarakterli şikayətlərin həlli üçün müvafiq qurumlara müraciət olunmuşdur.
Mərkəzi İcra hakimiyyəti orqanlarının səlahiyyəti daxilində olan məsələlırlə bağlı şikayətlər isə aidiyyatı üzrə yönləndirilmək üçün qeydiyyata və nəzarətə götürülmüşdür.
Deputat tərəfindən seçiciləri maraqlandıran suallara cavab və məlumat verilmişdir.

















