20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi Xocalı və Əsgəran  rayonunda da yad edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən XALQ.AZ-a verilən məlumata görə,  20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri, Xocalı və Əsgəranda da yad edilib. Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.

media-728x90banner

Bənzər xəbərlər