media-700

AKP-nin Balıkəsirdən olan bələdiyyə üzvü Mehmet Anıl Yüksel qətlə yetirilib.

media-17

XALQ  xəbər verir ki,  bələdiyyə üzvü silahlı hücuma məruz qalıb.

Hadisə axşam saat 19:00 radələrində Hamambaşı məhəlləsində baş verib. Məlumata görə, 33 yaşlı Mehmet Anıl Yüksel naməlum şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb.

Yüksel ona dəyən güllələrdən huşunu itirib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb və ətrafdakılar hadisə barədə təcili tibbi yardım və polisə məlumat veriblər.

O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.


media-728x90banner

Bənzər xəbərlər