Müşfiq Məmmədli seçicilərlə görüşdü.
Milli Məclisin deputatı Müşfiq Məmmədli seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili fərdi qaydada seçicilərlə görüş keçirib.
Görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlər, işlə təminat, şəxsi məsələlər ilə bağlı məsələrinin həlli istiqamətində müvafiq köməklik göstərilməsi üçün müraciət ediblər.
Seçicilərlə görüş zamanı onların müraciətləri diqqətlə dinlənilmiş və müvafiq qeydlər götürülmüşdür, qaldırdıqları məsələlərə qanunvericilik çərçivəsində baxılması məqsədilə aidiyyəti qurumlara sorğular göndəriləcəyi diqqətə çatdırılmışdır.















