media-pr3

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir neçə xarici ölkədəki səfirlərini geri çağırıb.

Dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Belə ki, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


media-728x90banner

Bənzər xəbərlər